Aqronomik məsləhətçi | Bağçılıq, bitki mühafizəsi və aqrar təhlükəsizlik üzrə mütəxəssis
Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisi
Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisiyəm və 16 ildən artıq Fövqəladə Hallar Nazirliyində müxtəlif istiqamətlərdə, o cümlədən rəhbər vəzifələrdə xidmət təcrübəsinə malik mütəxəssisəm. Hazırda da rəhbər vəzifədə fəaliyyətimi davam etdirirəm. Peşəkar fəaliyyətim texniki və yanğın təhlükəsizliyi, fövqəladə halların idarə olunması, mühəndis sistemlərinin təhlükəsizliyi, inzibati idarəetmə və geniş şəxsi heyətin fəaliyyətinin koordinasiyasını əhatə edir.
Paralel olaraq 6 ildən artıqdır aqronomik məsləhətçi kimi fəaliyyət göstərirəm və əsasən meyvə bağçılığı, bitki mühafizəsi və aqrar təhlükəsizlik istiqamətlərində çalışıram. Bağların idarə olunması, bitki mühafizə proqramlarının hazırlanması, gübrələmə və fertiqasiya, suvarma sistemləri, pestisid və aqrokimyəvi vasitələrin səmərəli və təhlükəsiz tətbiqi üzrə praktik məsləhətlər verirəm.
Mühəndislik və təhlükəsizlik sahəsində qazandığım bilik və təcrübəni aqrar praktika ilə birləşdirərək məhsuldarlıqla yanaşı insan, texnika və ətraf mühit təhlükəsizliyini də nəzərə alan sistemli yanaşmaya üstünlük verirəm. Elmi fəaliyyətim çərçivəsində kənd təsərrüfatında pestisidlərin tətbiqi, onların ekoloji təsirləri və təhlükəsizlik məsələləri üzrə də araşdırma aparmışam.
Fövqəladə Hallar Nazirliyinin Akademiyası
Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Bakalavr ali peşə-ixtisas dərəcəsi · Fərqlənmə diplomu
Təhsil müddətində həyat fəaliyyətinin təhlükəsizliyi, əməyin mühafizəsi, texniki və sənaye təhlükəsizliyi, ekoloji təhlükəsizlik, fövqəladə halların idarə edilməsi və mühəndis sistemlərinin təhlükəsizliyi istiqamətləri üzrə fundamental və tətbiqi mühəndis hazırlığı keçmişəm.
Akademik göstərici: 92,65 / 100
Yekun qiymətləndirmələr: 40 “A”, 2 “B”
Əsas ixtisas fənləri
KimyaƏməyin mühafizəsi və texniki təhlükəsizlikSənaye təhlükəsizliyiEkoloji təhlükəsizlikTexnoloji proseslərin təhlükəsizliyiMühəndis sistemlərinin təhlükəsizliyiYanma və partlayış nəzəriyyəsiFövqəladə halların təhlükəli amilləriFövqəladə halların monitorinqi və proqnozuFövqəladə hallarda idarəetmənin təşkiliTətbiqi mexanikaMaterialşünaslıq və materialların texnologiyasıRadiasiya təhlükəsizliyiMülki müdafiəÜmumi tibbi hazırlıq
Aqrar fəaliyyətlə əlaqəli akademik baza: kimya, ekoloji təhlükəsizlik, əməyin mühafizəsi, texnoloji proseslərin və mühəndis sistemlərinin təhlükəsizliyi üzrə əldə edilmiş biliklər aqrar istehsalda, xüsusilə bitki mühafizə vasitələrinin təhlükəsiz tətbiqi, aqrokimyəvi risklərin idarə edilməsi, texnika və suvarma sistemlərinin təhlükəsiz istismarı sahələrində tətbiq olunur.
Fövqəladə Hallar Nazirliyinin Yanğın Texniki Kolleci
Yanğın təhlükəsizliyi
Subbakalavr dərəcəsi · Fərqlənmə diplomu
Akademik göstərici: 93,00 / 100
Yekun qiymətləndirmələr: 38 “A”, 8 “B”
Yanğın təhlükəsizliyi, yanğın texnikası, yanğın profilaktikası, yanğın taktikası, mühəndis qrafikası, tətbiqi mexanika, fizika, kimya, ilk tibbi yardım və xidmət hazırlığı istiqamətləri üzrə orta ixtisas təhsili almışam.
Bu təhsil yanğın təhlükəsizliyi, texniki vasitələrin istismarı və fövqəladə hadisələr zamanı operativ fəaliyyət üzrə sonrakı peşəkar xidmətimin ilkin ixtisas bazasını formalaşdırıb.
Xidməti təltiflər
“Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal
16 dekabr 2025
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyi və Nazirlik işçilərinin peşə bayramı günü münasibətilə həvəsləndirmə tədbirinin tətbiq edilməsinə görə təltif edilmişdir.
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)” yubiley medalı
19 mart 2024
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
“Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal
16 dekabr 2022
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17 illiyi və Nazirlik işçilərinin peşə bayramı günü münasibətilə həvəsləndirməyə görə təltif edilmişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fəxri Fərmanı
16 dekabr 2020
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 15-ci ildönümü və Nazirlik işçilərinin peşə bayramı günü münasibətilə xidmətdə fərqləndiyinə və əldə etdiyi nailiyyətlərə görə təltif edilmişdir.
Akademik və elmi nailiyyətlər
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Fəxri Fərmanı
27 may 2024
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə keçirilən “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda XI elmi-praktiki konfransda məruzə ilə çıxış etdiyinə görə təqdim edilmişdir.
Elmi məqalə
“Kənd təsərrüfatında tətbiq edilən pestisidlərin həyat fəaliyyətində rolu, onların yaratdığı ekoloji problemlər və həlli yolları”
Kənd təsərrüfatında pestisidlərin tətbiqi, bitki mühafizəsi, ekoloji təhlükəsizlik və pestisidlərlə təhlükəsiz iş prinsiplərinə həsr olunmuş elmi iş.
Akademik fərqlənmələr
Fərqlənmə diplomu — bakalavr
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Fərqlənmə diplomu — subbakalavr
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın Texniki Kolleci Yanğın təhlükəsizliyi
Aqronomik məsləhətçilik
Meyvə bağlarının idarə olunması, aqrotexniki tədbirlərin planlaşdırılması, bitkilərin inkişaf vəziyyətinin qiymətləndirilməsi, gübrələmə, fertiqasiya və suvarma proqramlarının hazırlanması üzrə praktik məsləhətçilik.
Bağçılıq və bitki mühafizəsi
Meyvə bağlarında xəstəlik və zərərvericilərin müəyyənləşdirilməsi, profilaktik və mübarizə tədbirlərinin planlaşdırılması, bitki mühafizə vasitələrinin seçilməsi, tətbiq proqramlarının hazırlanması və rezistentliyin idarə olunması strategiyalarının qurulması.
Aqrar təhlükəsizlik
Kənd təsərrüfatında pestisid və aqrokimyəvi maddələrin təhlükəsiz saxlanılması, hazırlanması və tətbiqi, operator və işçi risklərinin qiymətləndirilməsi, fərdi mühafizə vasitələrinin seçilməsi, texnika və aqrar istehsal proseslərində təhlükəsizlik tədbirlərinin təşkili.
İnzibati idarəetmə və heyət rəhbərliyi
Struktur bölmənin fəaliyyətinin təşkili, geniş şəxsi heyətin idarə olunması və koordinasiyası, vəzifə və tapşırıqların bölüşdürülməsi, icraya nəzarət, xidməti intizamın təmin edilməsi, operativ və inzibati qərarların qəbul edilməsi, tabeli heyətin fəaliyyətinin sistemli şəkildə yönləndirilməsi.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik
İş proseslərində təhlükələrin müəyyənləşdirilməsi, peşə risklərinin qiymətləndirilməsi, texniki vasitə və avadanlıqların təhlükəsiz istismarının təşkili, əməyin mühafizəsi tədbirlərinin hazırlanması və təhlükəsiz iş prosedurlarına nəzarət.
Yanğın və fövqəladə hallar təhlükəsizliyi
Yanğın və digər fövqəladə risklərin qiymətləndirilməsi, profilaktik tədbirlərin təşkili, fövqəladə hallara hazırlıq, operativ fəaliyyətin planlaşdırılması, qəza və fövqəladə hadisələr zamanı idarəetmə və təhlükəsizlik tədbirlərinin təşkili.
Mühəndis və ekoloji təhlükəsizlik
Mühəndis və texnoloji sistemlərdə yaranan risklərin qiymətləndirilməsi, texniki sistemlərin təhlükəsiz istismarı, ətraf mühitə mənfi təsirlərin azaldılması, kimyəvi və texnoloji amillərlə bağlı ekoloji təhlükələrin idarə olunması.
“Kənd təsərrüfatında tətbiq edilən pestisidlərin həyat fəaliyyətində rolu, onların yaratdığı ekoloji problemlər və həlli yolları” mövzusunda elmi məqalə və təqdimat.
Materiallar yalnız sayt daxilində vizual baxış üçün səhifə və slayd görüntüləri formasında təqdim olunur.